"Arsenal"ın sabiq futbolçusu Qətər klubu ilə müqaviləni yenilədi
- 2022-07-05 14:45
- 334
"Əl Sədd" Santi Kazorla ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, yeni müqaviləyə əsasən 37 yaşlı futbolçu 2027-ci ilin yayına qədər Qətərdə oynayacaq.
İspaniya millisinin sabiq futbolçusu 2020-ci ilin avqustundan Qətər klubunda çıxış edir.
Santi Kazorla əvvəllər "Vilyarreal", "Malaqa", "Arsenal"da forma geyinib.