Arteta koronavirusa qalib gəldi
- 11 Apr 2020 12:20
- 638
Koronavirusa yoluxan İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta tamamilə sağalıb.
Rekord.az xəbər verir ki, bu barədə o, BBC-yə açıqlamasında məlumat verib:
“Hazırda tam sağalmışam. Özümü yaxşı hiss edirəm. Ancaq ailəm, qohumlarım, tanıdığım bir çox insan pandemiya ilə mübarizə aparır".
Həyat yoldaşına və daha bir nəfərə bu virusu yoluxdurduğu deyən 38 yaşlı mütəxəssisin sözlərinə görə, artıq onlar da xəstəliyə qalib gəliblər.