Asif 4-cü pillədə, Qismət “20-lik”də
- 25 Mar 2020 19:30
- 700
Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb. Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.
İndiki heyətdə rekordçu Asif Məmmədovdu. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.
Siyahıya 220 oyun keçirən Ürfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadı.
“20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.
Ən çox oyun keçirən 20 futbolçu
1. Ürfan Abbasov - 220
2. Dmitri Bezotosnı - 166
3. Dodo - 161
4. Asif Məmmədov - 143
5. Voyislav Stankoviç - 142
6. Elvin Camalov - 141
7. Viktor Mendi - 127
8. Samir Zərgərov - 122
9. Cavid Hüseynov - 117
10. Rafael Santos - 104
11. Pavel Doroşev - 99
12. Abdulkader Kamara - 97
13. Azər Həşimov - 95
14. Rəşad Sadiqov - 91
15. Lyubo Baranin - 90
16. Əli İsmayılov - 82
17-18. Qismət Alıyev - 80
Sergey Zenyov - 80
19. Vitali Vernidub - 78
20. Filip Ozobiç - 74