Asiyada may və iyuna nəzərdə tutulan bütün oyunlar təxirə salındı
- 15 Apr 2020 13:22
- 602
Asiya Futbol Konfederasiyası (AFC) koronavirus pandemiyasına görə may və iyun ayında keçirilməsi nəzərdə tutulan bütün qarşılaşmaları ləğv edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Asiya ölkələrində pandemiyaya görə tətbiq olunan səyahət məhdudiyyətlərini nəzərə alan AFC may və iyun aylarında keçirilməsi planlaşdırılan bütün oyunları və yarışları sonrakı bildirişlərə qədər təxirə salmağı qərara alıb. Bu qərarın oyunçuların, iştirakçı komandaların, rəsmilərin, azarkeşlərin və bütün maraqlı tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı da diqqətə çatdırılıb.
Xatırladaq ki, AFC daha öncə məhz koronavirusa görə mart və aprel aylarında keçirilməsi nəzərdə tutulan qarşılaşmaların da təxirə salındığını açıqlamışdı. Qurumdan verilən məlumata görə, yerli federasiyalarla və klublarla Asiya Kuboku və Çempionlar Liqasının taleyinə dair məsləhətləşmələr də davam etdirilir, sözügedən turnirləri tamamlamaq üçün bütün mümkün variantlar araşdırılır.