Astara Pedaqoji Kollecində Astara rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər təşkilatı ilə birgə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş Dama üzrə tələbələr arasında Astara Pedaqoji Kollecinin turnirini keçirmişdir.

Rekord.az xəbər verir ki, yarışda 32 tələbə gənc Oyunların Olimpiya sistemi (uduzub-çıxma) üzrə mübarizə aparmışlar.

Yekunda I yerə Kamran Zülfüqarov, II yerə Şəhla Bağırova və III yerə Ramin Abdullayev layiq görülmüşlər.

Yekunda APK-nin direktoru Ağababa İbrahimov fəxri yerləri qazanan tələbələrə Astara rayon Gənclər və İdman İdarəsinin və Astara Pedaqoji Kollecinin birgə təsdiq etdikləri diplomları təqdim etmişdur.