“Atalanta”nın 4 əməkdaşı koronavirusdan öldü
- 22 Mar 2020 21:00
- 790
İtaliyanın “Atalanta” klubunun 4 əməkdaşı koronavirus pandemiyasının qurbanı olub.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Daha öncə klubun gənclərdən ibarət komandalarında çalışan Enso Donina və Enso Marandonun pandemiyanın qurbanı olduğunu açıqlayan “Atalanta” bu gün də menecer Albino Broqni ilə masajçı Severino Possentinin dünyasını dəyişdiyini bəyan edib. Bununla əlaqədar klub prezidenti Antonio Perkassi başsağlığı verib.