
“Atalanta”nın hücumçusu İnzaqinin rekordunu təkrarladı
- 14:40
- 33
"Atalanta"nın hücumçusu Mateo Reteqi Filippo İnzaqinin rekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı futbolçu bunu A Seriyasının 34-cü turunda, "Leççe" (1:1) ilə matçda reallaşdırıb.
Oyunda fərqlənən argentinalı hücumçu üçün bu qol cari mövsüm İtaliya çempionatında 24-cü olub. F.İnzaqi "Atalanta"da oynayarkən eyni sayda qolu 1996/1997 mövsümündə vurmuşdu.
Reteqi bu mövsüm "Atalanta"nın heyətində bütün yarışlarda meydana çıxdığı 45 matçda 27 qol vurub.