“Tottenhem” “Atalanta”nın müdafiəçisi Kristian Romeronu transfer etməyə yaxındır.

Rekord.az xəbər verir ki, İtaliya klubu “Tottenhem”in təklifini qəbul edib.

Londonlular Argentina yığmasının müdafiəçisinə görə 50 milyon avro, üstəgəl, 5 milyon avro da bonus ödəyəcək.

Yaxın 2 gün ərzində futbolçunun “Tottenhem”in düşərgəsinə qoşulacağı gözlənilir. Onun 2026-cı ilin yayına qədər müqavilə bağlayacağı bildirilir.

Bir müddət əvvəl “Atalanta” “Tottenhem”in təklifini geri çevirmişdi. Romero ötən mövsüm A seriyasının ən yaxşı müdafiəçilərindən hesab olunub.