Ataman Güneyligil millimizin hazırlıqlarından danışıb
- 21 İyn 2023 16:19
- 352
Voleybolçu qadınlardan ibarət milli komandamız Avropa çempionatına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, təlim-məşq toplanışını hazırda Bakıda keçən yığmamızın baş məşqçisi Ataman Güneyligil hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb:
"Hazırlıqlara ilk olaraq fitneslə başladıq, sonra fiziki məşqlərə keçdik. İndi toplarla məşqlərə start vermişik. Növbəti həftədən daha ciddi rejimdə, gün ərzində 6-7 saat məşq etməyi nəzərdə tuturuq. Bu müddətdə həm fiziki, həm də toplarla məşq edəcəyik, həmçinin müxtəlif taktikalar üzrə də işləyəcəyik.
Komandanın əksər oyunçuları hazırda Bakıdadır. Bir neçə voleybolçu qalıb ki, onlar da yaxın günlərdə komandaya qoşulacaqlar.
Bidiyiniz kimi təlim-məşq toplanışının birinci mərhələsini Bakıda keçirik. Növbəti etapda Bolqarıstana yollanıb məşqlərimizə orada davam etməyi planlaşdırırıq. Bir neçə yoldaşlıq oyunları da nəzərdə tutulur".