ATF-nin vitse-prezidenti "Ümid" Taekvondo Klubunu ziyarət etdi
- 06 Fev 2024 18:35
- 398
Cənab prezident İlham Əliyevin idmana və idmançılara qayğısı hər zaman göz önündədir. Bu siyasəti və diqqəti də bütün idman növlərində olan rəhbər şəxslər layiqincə davam etdirir.
Rekord.az xəbər verir ki, bu minvalla 5 fevral 2024-cü il tarixində Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbərliyi "Ümid" Taekvondo Klubunda görüş keçirib.
Görüşdə ATF-in vitse-prezidenti Hikmət Səmədov, baş katib Rüstəm Bağırlı, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət Təftiş Komitəsinin sədri Anar Surxayzadə, klubun baş məşqçisi İlkin Şahbazov, idmançılar və onların valideynləri iştirak ediblər.
ATF rəsmiləri fikir mübadiləsi apardıqdan sonra məşq prosesini izləyiblər. Bildirilib ki, Azərbaycan taekvondosunun inkişafı, gələcək uğurların təməli məhz aşağı yaş qruplarında qoyulur.
Rəhbərlik daha sonra idman zalına baxış keçirilib, buradakı şəraitlə yerindəcə tanış olub.
Sonda taekvondoçulara uğurlar arzulanıb və xatirə şəkili çəkdirilib.