![photo](https://rekord.az/uploads/5/100f25a2-0fe1-3097-931a-6527a52c8a94-850-600x300.jpg)
Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib
- 2024-04-16 21:42
- 153
Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.