Atıraudan bir dəst medalla
- 21 Sen 2024 21:31
- 204
Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsil edib.
Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.
Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.