Atletika üzrə dünya çempionatında qeyri-adi hadisə
- 19 İyl 2022 18:00
- 492
ABŞ-ın Yucin şəhərində keçirilən atletika üzrə dünya çempionatında qeyri-adi hadisə baş verib.
Rekord.az xəbər verir ki, 100 metr məsafəyə kişi və qadınların yarışında podiumu eyni ölkələrin təmsilçiləri tutub.
Kişilərin mübarizəsində ilk üç sırada yerli atletlər qərarlaşıb. ABŞ atletlərindən Fred Kerli 9,86 saniyəyə qalib olub. 9,88 saniyə göstəriciyə malik Marvin Breysi ikinci yeri tutub. Digər amerikalı Treyvon Bromell də 9,88 saniyə ilə finişə çatıb.
Sonuncu dəfə belə bir hal 1991-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qeydə alınıb. İlk analoji hadisə isə 1983-cü ildə Finlandiyanın paytaxtı Helsinskidəki mundialda baş verib.
Qadınların yarışında isə ilk üç pilləni Yamaykadan olan atletlər – Şeli-En Freyzer-Prays (10,67), Şerika Cekson (10,73) və Elen Tomson-Hera (10,81) tutub.