"Atletiko" ona 100 milyon qiymət qoydu
- 28 Mar 2020 17:00
- 602
“Ateltiko” yarımmüdafiəçi Tomas Parti ilə müqavilə müddətini uzadır.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, klub rəhbərliyi yayda oyunçunun komandanı tərk etməsindən ehtiyatlanır. Ona görə futbolçuya yeni sözləşmə təklif edilib. Partinin “Atletiko” ilə müqaviləsi 2023-cü ilə qədərdir.
Ancaq oyunçu 50 milyon avro qarşılığında sərbəst qala bilər. Klub isə bu rəqəmi 100 milyon avro etməyə hazırlaşır. 26 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” və “Liverpul”un maraqlandığı bildirilir.