İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisi Çinin “Dalyan İfan” klubundan Yannik Ferreyra Karraskonu transfer edib.

Bu barədə “Atletiko”nun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Atletiko”nun formasını geyinəcək.

Belçika millisinin üzvü olan yarımmüdafiəçi, 2015-2018-ci illərdə də “Atletiko”nun şərəfini qoruyub.