Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində aurizmli uşaqlar arasında bir sıra idman yarışları keçirməyi  planlayıb. "Rekord.az" xəbər verir ki, onlardan ilki aprelin 14-ü bocce yarışı olub. Müxtəlif mərkəzlərdən 8 komandanın qatıldığı mübarizədə 50-ə yaxın autizmli uşaq bacarığını nümayiş etdirib. Olimpiya sistemi üzrə keçirilən yarışın yekununda “Alba” birinci, “Osmanlı Yaşam” ikinci, “Loqos” komandası isə üçüncü yeri tutub. 

 

Bundan savayı, AAA aprel ayında autizmli uşaqlar arasında stolüstü tennis, velosiped, atletika və futbol yarışları keçirəcək. Aprelin 28-i isə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir. 

 

Autizmin fərqindəyik, onların yanındayıq.