Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib
- 23 Avq 2024 14:40
- 207
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında baş tutub.
Bakı bulvarında AKAF-nin binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıblar.
Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı çempionatında qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıblar.
Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdir.