Azərbaycan Voleybol Federasiyasına yeni baş katib təyin olunub. "Rekord.az" xəbər verir ki, prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu vəzifə Fərid Xəlilova həvalə edilib.
 
Fərid Xəlilov Azərbaycan voleybolsevərlərinə tanış simadır. 2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti vəzifəsini icra edən F.Xəlilovun Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədə uyğun hesab edilib.
 
Qeyd edək ki, F. Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son hesabat-seçki konfransında vitse-prezident seçilib.