AVF gələcəyin ulduzlarını axtarır
- 20 Fev 2024 10:30
- 257
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, federasiya bu işlər çərçivəsində ilk dəfə Bakıda Seçim Günü keçirib.
AVF-nin İdman zalında baş tutan seçimlər 3 gün davam edib. Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılan seçimlərə 50-ə yaxın 2011-2013-cü il təvəllüdlü qız qatılıb. Burada fərqlənən, eləcə də əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn istedadlı uşaqlar qeydiyyata alınıblar. Seçilmiş uşaqlar gələcəkdə AVF tərəfindən keçirilən müvafiq məşqlərə cəlb olunacaqlar.
Qeyd edək ki, belə seçim günləri bundan sonra da müxtəlif yaş qrupları üçün mütəmadi təşkil olunacaq.