Azərbaycan Voleybol Federasiyasının əməkdaşları Gəncə şəhərində səfərdə olublar. "Rekord.az" xəbər verir ki, qurumun nümayəndələri Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimləri və V, VI, VII siniflərin şagirdləri ilə görüşüblər.

Görüşdə voleybolun ölkəmizdə daha da inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan işlərlə bağlı təqdimat videosu nümayiş olunub, AVF-nin qarşıdakı planlarından danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, məsələlər ətrafında müzakirələr aparılıb.