Yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirən Azərbaycan Voleybol Federasiyası (AVF) daha bir idman klubunda seçim aparıb. "Rekord.az" xəbər verri ki,  AVF-nin nümayəndələri bu dəfə Xırdalanda yerləşən "İlkin" voleybol klubunun bazasında olublar.

Burada 15 yaşadək qızların məşqini izləyən mütəxəssislər müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıblar. Bu idmançılar yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən avqustda aparılacaq seleksiya seçimlərinə cəlb olunacaqlar.