AVF-nin əməkdaşı beynəlxalq yarışa təyinat alıb
- 31 Avq 2021 16:46
- 600
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının həkimi, CEV-in Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-18 Avropa çempionatının oyunlarına təyinat alıb.
Kazımova 2-5 sentyabr tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyunlara Avropa Voleybol Konfedrasiyasının tibbi nümayəndəsi olaraq nəzarət edəcək.