AVF-nin keçirdiyi turnir başa çatıb
- 08 İyn 2022 16:30
- 483
Bu gün 2005-2006 təvəllüdlü voleybolçu oğlanlar arasında keçirilən 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş açıq voleybol turniri başa çatıb. "Rekord.az" xəbər verir ki, 4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.
Maraqlı keçən görüşlərdən sonra 9 xal toplayan “Bakı” yarışın qalibi adını qazanıb. Ondan 3 xal az yığan “Cəlilabad” ikinci yeri tutub. Üçlüyü 3 xala malik “Masallı” qapayıb.
Azərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib. Mükafatları Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, AVF-nin nümayəndəsi, oğlan voleybolçular üzrə seleksioner məşqçi Yaqub Rəsulov və Masallı rayon rəsmiləri təqdim ediblər.