AVF-nin məlumatı
- 24 Fev 2022 11:42
- 624
voleybol üzrə ölkə çempionatında qadınların mübarizəsində III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. "Rekord.az" federasiyanın mətbuat xidmətinə istidanən xəbər verir ki, Super Liqasının IX turunun matçları fevralın 25-də, VIII turdan təxirə salınan oyunlar isə martın 1-də təşkil olunacaq.
Fevralın 25-də öncə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan sonra isə "UNEC" - "Azərreyl" münasibətlərinə aydınlıq gətirəcəklər.
Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” - “Abşeron” komandaları arasında olacaq. Dövrəyə "UNEC" - “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.