Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov voleybolçularla görüşüb. "Rekord.az" xəbər verir ki, qurumun yeni seçilmiş rəhbəri Voleybol Mərkəzində ölkə çempionatında mübarizə aparan klublarla görüş keçirib.

Görüşdə klub rəhbərləri və əməkdaşları, eləcə də oyunçular iştirak ediblər. Ş.Bağırov voleybolçularla söhbət edib, klubların vəziyyəti ilə maraqlanıb. Qarşıdakı işlərlə bağlı qısa məlumat verən Ş.Bağırov voleybolçulara və komandalara ölkə birinciliyindəki oyunlarda uğurlar arzulayıb.