AVF növbəti dəfə seminar keçirir
- 04 Avq 2023 18:29
- 281
Azərbaycan Voleybol Federasiyası (AVF) bölgələrdə voleybolun inkişaf etdirilməsi işini davam etdirir. "Rekord.az" xəbər verir ki, bu məqsədlə avqustun 3-də müxtəlif bölgələrdən olan voleybol məşqçiləri üçün təşkil olunan seminara start verilib. Avqustun 5-dək davam edəcək seminarı yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçir.
Seminarda Ağstafa, Tovuz, Qazax, Şəmkir, Goranboy rayonlarından olan məşqçilər iştirak edir. Nəzəri və təcrübi hissələrdən ibarət olan seminarın yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Seminar voleybolun inkişaf etdirilməsi istiqamətindəki tədbirlər çərçivəsində təşkil olunub. Burada məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.
Qeyd edək ki, AVF digər bölgələrdən olan voleybol məşqçiləri üçün də seminarlar təşkil edəcək.