Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün Gəncə şəhərində 1 saylı Uşaq Gənclər İdman Şahmat məktəbində gənc voleybolçularla görüşüb. "Rekord.az" xəbər verir ki, görüşdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov,
Gəncə şəhər Təhsil şöbəsinin müdiri Anar Qədəməliyev, 
Gənclər İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, məktəbin direktoru Ramil Qasımov, Gəncə şəhər voleybol komandasının baş məşqçisi Rüstəm Ağayev iştirak ediblər.

AVF prezidenti Gəncədə voleybolun inkişafı, eləcə də şəhərdə fəaliyyət göstərən komandaların vəziyyəti ilə maraqlanıb. Görüşdə növbəti mövsümlərdə ölkə çempionatında regionlardan olan komandaların da iştirakı ilə bağlı müzakirələr aparılıb. Şahin Bağırov bu istiqamətlərdə görüləcək işlər barədə də məlumat verib, voleybolçulara uğurlar arzulayıb.