Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasının voleybol müəllimləri və voleybol ixtisasının 4-cü kurs tələbələri ilə görüş keçirib. "Rekord.az" xəbər verir ki, görüşdə federasiyanın əməkdaşları da iştirak ediblər.

Şahin Bağırov tələbələrə voleybolun ölkəmizdəki inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında məlumat verib. Federasiya rəhbəri bu ali məktəbin tələbələri üçün müvafiq seminarlar təşkil olunacağını da əlavə edib. Bildirib ki, bu seminarlardan uğurla keçəcək tələbələr gələcəkdə Bakıda və regionlarda məşqçi kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər.