Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyi ilə birgə seminar keçirəcək. "Rekord.az" xəbər verir ki, seminarlar 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün təşkil olunub. Dərslərin fevral və mart aylarında təşkili nəzərdə tutulub.
 
İdman və ümumtəhsil məktəblərinin məşqçi-müəllimləri üçün nəzərdə tutulan seminarlar Bakı şəhəri ilə yanaşı, regionlarda da keçiriləcək.
 
Nəzəri və praktiki hissədən ibarət olacaq seminara 2021-ci ilin sentyabr ayında Sloveniyada təşkil olunan Beynəlxalq məşqçi forumunda iştirak etmiş mütəxəssislərimiz rəhbərlik edəcəklər.
 
İlk seminar fevralın 5-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. 

Sonda iştirakçılara sertifikat, toplar və metodik kitablar təqdim olunacaq.