AVF "Zəfər kuboku" keçirəcək
- 20 Apr 2022 14:10
- 551
Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan “Zəfər kuboku” təşkil edəcək. "Rekord.az" xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda 4 komanda - “Murov”, “Neftçi”, "MOİK" və “Sərhədçi” mübarizə aparacaq.
İki gün davam edəcək yarışın püşkünə əsasən “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq kubokun ilk matçında “Neftçi” "MOİK"lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.
Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənən komandaların mükafatlandırması keçiriləcək. Daha sonra 2021/2022 illər mövsümünün rəsmi bağlanış mərasimi olacaq.