Qadın voleybolçuların qitə birinciliyində iştirak edən Azərbaycan millisi növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız 2-ci turda Bosniya və Herseqovina ilə qarşılaşıb.
Oyun rəqibin üstünlüyü ilə keçib. Əvvəlki illərlə müqayisədə daha zəif heyətlə yarışa yollanan yığmamız yenə meydandan quru hesablı məğlubiyyətlə ayrılıb. 
Qeyd edək ki, ilk oyunda millimiz Belçikaya eyni hesabla uduzub.

 

Avropa çempionatı

A qrupu

II tur

   Azərbaycan - Bosniya və Herseqovina 0:3 (14:25, 23:25, 17:25)