Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi sabah qitə birinciliyinin seçmə mərhələsində növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, komandamız Avstriya kollektivi ilə üz-üzə gələcək.

Səfərdə baş tutacaq qarşılaşma yığmamız üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, voleybolçularımız Avropa çempionatının final mərhələsinə yüksəlmək üçün ən azı bir xal qazanmalıdır.

Görüş avqustun 10-da saat 22:25-da start götürəcək.