Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Sloveniya ilə qarşılaşıb. 

Matç gözlənildiyi kimi gərgin keçib. 4 hissə davam edən oyunda komandamız məğlub oldu. 

Qeyd edək ki, millimizin qalan iki görüşdən birində qalib gəlməsi qitə birinciliyinin final mərhələsinə adlanmağa kifayət edəcək. Növbəti qarşılaşmamız sentyabrın 7-də Sloveniyada baş tutacaq.