AVRO-2023: Millimiz ilk sınağına çıxır
- 17 Avq 2023 18:00
- 356
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatında ilk oyununa sabah çıxacaq. "Rekord.az" xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi C qrupunda yer alan komandamız Çexiya kollektivi ilə qarşılaşacaq.
Oyun avqustun 18-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığmamızın qrup rəqibləri Çexiya ilə yanaşı, meydan sahibi, Türkiyə, İsveç və Yunanıstan kollektivləridir.
Avropa çempionatı
18 avqust
C qrupu
22:00 Azərbaycan - Çexiya