AVRO-2023: Millimiz Türkiyə ilə eyni qrupa düşdü
- 16 Noy 2022 20:43
- 887
Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, İtaliyanın Napoli şəhərində təşkil olunan tədbirdə Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının mübarizə aparacağı qrup və rəqibləri bəlli olub.
Püşkatmanın nəticəsinə görə millimiz Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alıb. Qrupumuzda həmçinin Türkiyə millisi də mübarizə aparacaq. Ardıcıl 10-cu dəfə qitə çempionatının final mərhələsində iştirak edəcək komandamızın digər rəqibləri Çexiya, İsveç və Yunanıstan kollektivləri olub.
Beləliklə, 2023-cü ildə baş tutacaq qitə birinciliyində C qrupunda mübarizə aparacaq komandamız Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan yığmalarına qarşı oynayacaq.
Qeyd edək ki, Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq 33-cü qitə birinciliyində ümumilikdə 24 yığma komanda mübarizə aparacaq. Komandalar hərəsində 6 kollektiv olmaqla 4 qrupda yarışacaqlar. Qruplar ilk dörd yeri tutacaq yığmalar 1/8 finala vəsiqə qazanacaqlar.
AVRO-2023-ün qrupları:
A qrupu, Belçika
Belçika, Sloveniya, Serbiya, Polşa, Ukrayna, Macarıstan
B qrupu, İtaliya
İtaliya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina, İsveçrə
C qrup, Almaniya
Almaniya, Azərbaycan, Türkiyə, Çexiya, İsveç, Yunanıstan
D qrupu, Estoniya
Estoniya, Finlandiya, Niderland, Fransa, Slovakiya, İspaniya