Bakının kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Polşaya yollanıb. "Rekord.az" xəbər verir ki, 2022/23 illər mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq çərçivəsində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.  

Qeyd edək ki, “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.