Avrokuboklar Komissiyasının növbəti iclası keçirilib
- 04 Fev 2023 18:43
- 460
Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının (ECC) növbəti iclası keçirilib. "Rekord.az" az xəbər verir ki, qurumun üzvləri Lüksemburqda bir araya gəliblər.
ECC-nın fəxri prezidenti Rit Omsun rəhbərlik etdiyi iclasda Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzinin rəhbəri, CEV-in Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova da iştirak edib.
Toplantıda bir çox məsələlər müzakirə olunub. ECC üzvləri cari ildə CEV tərəfindən keçirilən və keçiriləcək yarışların qaydalarına təklif olunan bir sıra dəyişikliklərə öz rəylərini bildiriblər. İclasda Rusiya və Belarus idmançılarının yarışlarda iştirakından da danışılıb. Qeyd olunub ki, həmin ölkələrin CEV yarışlarında çıxışları dondurulub və bu vəziyyət dəyişməz qalır.
Bundan əlavə, iclasda cari ilin yay aylarında yeni supervayzerlərin işinin tənzimlənməsi üçün seminarların təşkil olunacağı da vurğulanıb.
Müzakirələrin sonunda bildirilib ki, avrokubokların və digər yarışların yarımfinal, final və digər həlledici matçlarına təyinat alacaq supervayzerlər ECC üzvü olmalıdır.