Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qalib gəldi
- 23 Okt 2024 20:41
- 146
Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Elfsborq"u məğlub edib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi 3-cü tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.
Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Bodo Qlimt" komandası isə səfərdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ" noyabrın 7-də "Bodo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq.
Bu turun digər matçları oktyabrın 24-də təşkil olunacaq.
Avropa Liqası
Liqa mərhələsi
23 oktyabr
“Qalatasaray” – “Elfsborq” 4:3
“Braqa” – “Bodo Qlimt” 1:2