Avroliqa: “Qarabağ”ın rəqibləri bəlli oldu
- 30 Avq 2024 16:00
- 302
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.
Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda Lion “Olimpik"i (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmo" (İsveç) ilə, ardınca isə səfərdə "Bodo Qlimt" (Norveç) ilə görüşəcək.
Son qarşılaşmalar "Styaua" (Rumıniya) ilə Bakıda, "Elfsborq"la (İsveç) səfərdə gerçəkləşəcək.