Avroliqada həftənin ən yaxşı futbolçusu
- 08 Noy 2019 21:00
- 790
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avroliqada qrup mərhələsinin 4-cü turunun ən yaxşısı “Sevilya”nın hücumçusu Munir El-Haddadi seçilib.
O, qitənin ali futbol qurumunun rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və Enzo Krivellini (“Başakşəhər”) qabaqlayıb.
Qeyd edək ki, El-Haddadi "Düdelanj"la (Lüksemburq) ev oyununda (5:2) het-trikə imza atıb.