Avroliqada mübarizə aparan Azərbaycan millisinin heyəti
- 21 May 2021 15:16
- 1073
Qızıl Avropa Liqasında mübarizə aparan Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının əsas heyəti açıqlanıb. "Rekord.az"a Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə yığmamızın son heyətinə 13 voleybolçunun adı salınıb.
Mayın 28-də start götürəcək yarışda millimiz bir neçə aparıcı oyunçumuz olmadan çıxış edəcək. Komandamız A qrupunda mübarizə aparacaq. rəqiblərimiz isə Fransa, Rumıniya və İspaniya kollektivləridir. İlk dövrənin oyunları mayın 28-30-da Rumıniyada, ikinci dövrənin qarşılaşmaları isə iyunun 4-6-da Fransada təşkil olunacaq.
Qeyd edək ki, Qızıl Avropa Liqasında 12 komanda 3 qrup olaraq mübarizə aparacaq. İki dövrədən sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.
Azərbaycanın avroliqadakı heyəti:
Hucumçular: Anastasia Baydyuk, İlhamə Əliyeva
Blokçular: Ayşən Abduləzimova, Mariya Krilyuk, Anastasiya Mertsalova, Nilüfər Ağazadə, Kseniya Pavlenko,
Toppaylayıcılar: Kristina Besman, Şəfaqət Alışanova, Raziya Əliyeva
Liberolar: Yuliya Kərimova, Leyla Parşkova, Bəyaz Əliyeva
Baş məşqçi: Vüqar Əliyev
Köməkçi məşqçilər: Eldar Yusubov, Famil Ağayev