Avropa birinciliyində uğur qazanmış yığmamız Bakıya qayıtdı
- 23 Okt 2023 20:10
- 362
Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa birinciliyində uğura imza atan yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimi olub.
Millinin üzvlərini Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar.
Qeyd edək ki, taekvondoçularımız Belqradda 1 qızıl və 1 bürünc medal qazanıb. Komandamızın heyətində Şəms Əlizadə (160 sm) Avropa çempionu tituluna yiyələnib, İlyas Hətəmli (160 sm) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.