Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdır. "Rekord.az" xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komandamız iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib.

Millimiz səfər çərçivəsində yerli yığma ilə üç yoxlama matçı da keçirib. Bosniya və Herseqovina millisi ilə keçirilən görüşlərin ikisi  voleybolçularımızın xeyrinə yekunlaşıb, birində isə heç-heçə qeydə alınıb.
Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək.