Avropa çempionatı Bakıda keçiriləcək
- 04 İyn 2020 17:20
- 1023
Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Avropa Gimnastikasının mətbuat xidməti məlumat yayıb.
Hər iki yarış bu ilin dekabrında keçiriləcək. Kişilər 9-13 dekabrda, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.
Bununla yanaşı, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı da 26-29 noyabr tarixinə təyin edilib.
İdman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu, mayın əvvəlində Parisdə keçirilməli idi.