Avropa çempionatına 7 boksçu ilə
- 05 Mar 2022 18:20
- 608
Martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Rekord.az xəbər verir ki, 11 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Yığmamızın böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin qitə birinciliyində 7 boksçuya şans verəcək. Poreçdə ölkəmizin idman şərəfini Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) qoruyacaqlar. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Komandamız səfərə martın 11-də İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanacaq. Boksçularımız Vətənə martın 25-də qayıdacaqlar.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.