Stolüstü tennis üzrə Avropa çempionatına start verilib.

Rekord.az xəbər verir ki, İsveçin Malmö şəhəri yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatına ev sahibliyi edir.

Bu gün startı verilən yarışda 40-dan çox ölkənin idmançiları qələbə uğrunda mübarizə aparırlar. Seçmə komandamız mötəbər yarışa 12 idmançı ilə qatılıb.

Malmö sınaqlarında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə,  Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov 19 yaşadək, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov 15 yaşadək idmançıların mübarizəsində bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə çempionatın oyunlarını idarə edəcək. 

İdmançilarimız şəxsi, qoşa, qarışıq-qoşa və komanda yarışlarında qüvvələrini sınayacaqlar. İştirakçılar əvvəlcə komanda yarışlarında qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Bu gün başlanan mübarizəyə iyulun 21-də yekun vurulacaq.