Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında gənc qılıncoynadanların şəxsi yarışında mübarizəyə start verilib.

Rekord.az xəbər verir ki, gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Zərifə Hüseynova bu nəticə ilə birbaşa 32-liyə yüksəlib.

Bu mərhələdə Rumıniya təmsilçisi Dumitru Catincaya 15:13 hesabı ilə qalib gələn qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalına kimi irəliliyən Türkiyə idmançısı Nisanur Erbilə 10:15 hesabı ilə uduzub.

Gənc qız şpaqaçıların şəxsi yarışında isə Xədicə Həsənli (4 qələbə), Azərin İdriszadə (2 qələbə) və Nazilə Rəhimova (2 qələbə) qrup mərhələsini uğurla adlyaraq pley-offa yüksəlib. Xədicə Həsənli və Nazilə Rəhimova 64-lüyə yüksəlməyi bacarsa da, bu mərhələdə məğlub olub. Azərin İdriszadə isə 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub. Aynur Quliyeva da pley-off adlaya bilməyib.