Avropa çempionatındakı rəqibimiz Rusiya iki hücumçusunu itirdi
- 01 İyl 2021 12:24
- 761
İlk olaraq təcrübəli hücumçu Tatyana Koşeleva milli karyerasını bitirdiyini açıqlayıb. Beləliklə, olimpiadada iştirakdan imtina edən voleybolçu sosial şəbəkə hesabındakı müraciətində bu qərarının heç bir problemlə əlaqəli olmadığını, millidən şəxsi istəyinə görə uzaqlaşdığını bildirib. Voleybolçu komanda yoldaşlarına həz zaman tam dəstək olacağını də vurğulayıb.
Rusiya millisinin üzləşdiyi digər problem isə Kseniya Parubeç ilə bağlıdır. Belə ki, 2015-ci il Avropa çempionu və 2019-cu il Dünya kubokunun bürünc mükafatçısı olan təcrübəli hücumçu zədə səbəbindən dünyanın ən nüfuzlu turnirində iştirak edə bilməyəcək. Şimal qonşumuzun baş məşqçisi Sergio Buzato bildirib ki, Parubeç çarpaz bağı qopması səbəbindən komanda yoldaşlarına kömək edə bilməyəcək. Voleybolçu artıq bir neçə aydır bu zədədən əziyyət çəkir. 2020/2021 illər mövsümünü ötürmək məcburiyyətində qalan Kseniya olimpiadaya hələ hazır olmadığı üçün yarışa qatılmır.
Qeyd edək ki, Olimpiya oyunlarında voleybol yarışları iyulun 24-dən avqustun 8-dək davam edəcək.