Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında uğur qazanan Azərbaycan millisinin üzvləri Vətənə dönüb. 

Rekord.az xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideyinləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Rusiyada keçirilən Avropa birinciliyi Azərbaycan üçün əlamətdar olub. Belə ki, fərdi yarışlarda Rəşid Məmmədəliyev qızıl, Nurlan Osmanov gümüş medal qazanıb. Avropa birinciliyində azərbaycanlı beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.