Ukraynanın daha bir sabiq idmançısı Rusiya ilə müharibədə həlak olub.

Rekord.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış boksçu, gənclər arasında Avropa çempionu və ölkə kubokunun gümüş mükafatçısı Viktor Ponyatenko öldürülüb.

Müharibənin ilk günlərindən cəbhədə olan Ponyatenko döyüş tapşırığını yerinə yetirərkən vəfat edib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.